Sülhməramlılarla ermənilər arasında insident olub


17:23     05 İyun 2021 2021/06/3p_ka-1622897540_1622899481.jpg

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Rusiya sülhməramlıları ilə ermənilər arasında insident baş verib.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

İnsident yol-nəqliyyat hadisəsi ilə əlaqədar olub. Hadisənin detalları rəsmən açıqlanmayıb. Faktla bağlı araşdırma aparıldığı deyilir.

Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara əsasən, qondarma rejimin "təhlükəsizlik xidməti"nə aid avtomobillər sülhməramlılara məxsus kalonu ötüb keçərək qəza şəraiti yaradıb. İddia edilir ki, insident məhz bu səbəbdən baş verib.

Açar sözlər:

Oxunub: 1095


Oxşar xəbərlər