“Koçaryan saxta yolla prezident seçilmişdi” - Paşinyandan ittiham


19:22     05 İyun 2021 21_06_05_1622906587.jpg


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Abovyanda vətəndaşlarla görüşü zamanı eks-prezident Robert Koçaryanla bağlı ifşaedici fikirlər səsləndirib.

Femida.az xəbər verir ki, Paşinyan Robert Koçaryanın prezidentliyinin qanunsuz olduğunu deyib:

“1998-ci ildə Koçaryan qanunsuz olaraq prezident seçildi. O, polisdən qeydiyyatda olduğu ərazi barədə saxta arayış təqdim etmişdi ki, guya son 10 ildə İrəvanda yaşayıb. 98-ci il prezident seçkiləri saxtalaşdırıldı".

Paşinyan o dövrdə minlərlə insanın məhz Karen Dəmirçiyanı seçdiyini, ona səs verdiyini iddia edib. Bildirib ki, 1998-ci ildəki əsas mübarizə Karen Dəmirçiyanla Robert Köçəryan arasında olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1182


Oxşar xəbərlər