Cəbrayılda daha bir erməni hərbçinin cəsədi tapıldı


21:50     05 İyun 2021 21_06_05_1622915445.jpg


İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1558 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Femida.az

Açar sözlər: #Cəbrayıl   #erməni   #hərbçi   #cəsəd  

Oxunub: 1369