Lənkəranda 20 yaşlı gənc yol qəzasında ağır yaralandı


09:11     06 İyun 2021 21_06_06_1622950422.jpg

Lənkəran şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Kazımzadə Tamerlan Camal oğlu xəsarət alıb. Yaralı əvvəlcə Lənkəran Şəhər Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 945