Bakıda avtomobil mağazaya çırpılıb, xəsarət alan var - FOTO


10:19     06 İyun 2021 21_06_06_1622953404.jpg

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman qəfil qarşısına piyada çıxıb. Sürücü piyadanı vurmamaq üçün manevr edib. Nəticədə idarəetmədən çıxan avtomobil yol kənarındakı mağazaya çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Açar sözlər:

Oxunub: 910