Gədəbəy sakini qonşusu tərəfindən bıçaqlanıb


10:32     06 İyun 2021 bicaq.jpg

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli müxbirinin məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

Kənd sakini ,1984-cü il təvəllüdlü Anar Surxay oğlu Məhərrəmov bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni A.Məhərrəmovun qonşusu Elməddin Şamilov törədib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1014