Mərkəzi Seçki Komissiyasının strukturunda dəyişiklik edildi
22:04 07 Aprel 2015
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin strukturunda dəyişiklik edilib.
Femida.az-ın məlumatına görə, bu barədə qərar Komissiyanın bu gün keçirilən iclasında qəbul edilib. İclasda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, siyasi partiyaların maliyyə hesabatlarının Komissiya tərəfindən qəbul edilməsi ilə əlaqədar MSK Katibliyində yeni strukturunun yaradılmasına ehtiyac yaranıb.
Daha sona təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl siyasi partiyalar illik maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim edirdi. “Siyasi partiyalar haqqında” qanuna Nazirlər Kabineti tərəfindən edilən dəyişikliyə əsasən, bu ildən etibarən siyasi partiyaların maliyyə hesabatları MSK-ya təqdim edilməlidir.
Femida.az
Oxunub: 1726
Oxşar xəbərlər
- Mərkəzi Bankın sabiq sədr müavini nazir müşaviri oldu
- Mərkəzi Bank saxta əskinaslarla mübarizəni gücləndirir
- Mərkəzi Bankda yeni təyinat
- Mərkəzi Bank məlumat yaydı
- Mərkəzi Bank yeni məzənnəni açıqladı
- Mərkəzi Bank depozit hərracı keçirəcək
- Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi
- Mərkəzi Bank qalibin adını açıqladı
- Mərkəzi Bank depozit hərracı keçirdi
- Mərkəzi Bank 750 mln. manatı dövriyyədən çıxarıb