Formula 1-in açılış mərasimində Dövlət Himnini qazi səsləndirəcək


13:37     06 İyun 2021 21_06_06_1622973440.jpg

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasiminin proqramı açıqlanıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndiriləcək.

Himn səsləndirilən zaman trek üzərində dayanacaq müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutacaq.

Onlar Bakıda keçirilən beşinci "Formula 1" yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanacaqlar.

Qeyd edək ki, mərasim üçün yaradılan himnin xüsusi versiyası Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunur.

Saat 16:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 297