Ermənistanı tərk edənlərin sayı kəskin artıb


14:00     06 İyun 2021 21_06_06_1622973664.jpg


Son bir neçə ay ərzində Ermənistanı tərk edən və geri qayıtmayan vətəndaşların sayı kəskin artıb.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, son 4 ayda miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib:

"Oxşar göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır, qaçmaqdır. Bu, həm də o deməkdir ki, hakimiyyətə etibar etmirlər. Vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir".

Femida.az

Açar sözlər:

Oxunub: 507