Bakıda yanğın: Bir nəfər xilas edildi


19:43     06 İyun 2021 2020/09/yangin-yeni_1600492363.jpg

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 618 m² olan (hər mərtəbəsi 206 m²) üçmərtəbəli evin 2-ci mərtəbəsində pəncərə altlığı 0,5 m² sahədə və 1 ədəd kondisioner, 3-cü mərtəbəsində ayrı-ayrı otaqlarda 6 m² sahədə məişət əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Açar sözlər:

Oxunub: 350