Zalkaliani: Türkiyə-Gürcüstan-Azərbaycan formatı yaxşı əməkdaşlıq nümunəsidir


20:51     06 İyun 2021 2021/06/David_Zalkaliani_დავით_ზალკალიანი_1623005843.jpg

“Türkiyə-Gürcüstan-Azərbaycan formatı əməkdaşlıq və geosiyasi layihələrin həyata keçirilməsinin yaxşı nümunəsidir”.

Femida.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalının efirində yayımlanan “İmedinin həftəsi” proqramında deyib.

O, oxşar formatın Gürcüstan, Ermənistan və Azərbaycan arasında da yaradılmasının mümkün olduğunu istisna etməyib: “Tbilisi dialoq üçün bir növ platforma ola bilər. Bu platformada hər üç ölkə üçün faydalı ola biləcək turizm, iqtisadi layihələrin müzakirəsini aparmaq olar və konkret layihələr ölkələr arasında etimadın dərinləşdirilməsi vasitəsinə çevrilə bilər”.

Açar sözlər:

Oxunub: 904