“Qərb dəli kimi Belarusun üstünə düşüb” - Zaxarova


23:10     06 İyun 2021 zaxarova7.jpg

“Rusiya və Belarus arasındakı normal qarşılıqlı əlaqə NATO-nun planlarına daxil deyil”.

Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova NATO baş katibi Yens Stoltenberqin “Rusiya-Belarus əməkdaşlığından narahatıq” açıqlamasına münasibət bildirərkən deyib.

“Bu, Qərbin niyə dəli kimi Belarusun üstünə düşməsi ilə bağlı sualın cavabıdır. İki ölkə arasındakı məhsuldar qarşılıqlı əlaqə NATO-nun planlarında yoxdur. Deməli, qarşılıqlı mənfəətə söykənən inteqrasiyanın təbii inkişafına mane olmaq üçün mütəmadi olaraq ya birinin, ya digərinin, sonra da eyni vaxtda hər ikisinin daxili işlərinə müdaxilə etmək lazım gəlir”, - Zaxarova bildirib.

Açar sözlər:

Oxunub: 324


Oxşar xəbərlər