Sumqayıtda mübahisə zamanı gənc oğlanın başı daşa dəyərək ölüb


09:11     07 İyun 2021 6_xestexana8.jpg

Sumqayıtda bədbəxt hadisə baş verib.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.

Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 837