Pakistanda mikroavtobus dərədən aşıb, ölənlər var


09:33     07 İyun 2021 21_06_07_1623040063.jpg

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində sərnişin mikroavtobusunun dərəyə düşməsi nəticəsində azı səkkiz nəfər ölüb və üç nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, ölən sərnişinlər arasında iki qadın və üç uşaq da var. İlkin araşdırma qəzanın mikroavtobusun sürücüsünün yüksək sürətlə sərt döngəyə daxil olması nəticəsində meydana gəldiyini göstərir.

Yaralıların hamısı yaxın xəstəxanalara aparılıb, onlardan birinin vəziyyəti ağırdır.

Açar sözlər:

Oxunub: 908