Vəkillər Kollegiyası şəhid jurnalistlərlə bağlı 230 beynəlxalq təşkilata müraciət edib


10:23     07 İyun 2021 21_06_07_1623047138.jpg


Vəkillər Kollegiyası beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, ümumilikdə 230 beynəlxalq təşkilata 3 dildə rəsmi müraciət ünvanlayıb.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq başlamış Vətən Müharibəsi 10.11.2020-ci il tarixində 3 tərəfli bəyanatın imzalanması və Azərbaycan Ordusunun parlaq qələbəsi ilə sona çatıb.

Həmin Bəyanat imzalanandan sonra, dəfələrlə etdilən müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Ermənistan tərəfi qeyri-insani davranmaqla və beynəlxalq normaları kobud şəkildə pozmaqla işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritələrini qəsdən verməkdən yayınır. O cümlədən, bölgədəki sülh, təhlükəsizlik və əmin-amanlığın bərqərar olmasına mane olmağa davam edərək regional vəziyyəti gərginləşdirir. İyun ayının 4-də Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 2 jurnalist olmaqla 3 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə ağır yaralanıb.

Bununla bağlı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası olaraq, beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, ümumilikdə 230 beynəlxalq təşkilata 3 dildə rəsmi müraciət ünvanlayıb.

Bu müraciətlə həmin təşkilatları baş verən insan hüquqları pozuntusuna etinasız qalmamağa, səlahiyyətlərindən irəli gələn vəzifələrə məsuliyyətlə yanaşmağa, o cümlədən Ermənistan siyasi-hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməklə bağlı öhdəliklərinə və beynəlxalq humanitar hüququn normalarına əməl etmələri üçün tədbirlər görmələrinə çağırırıq!

Femida.az

Açar sözlər: #vəkillər   #kollegiya   #hüquq  

Oxunub: 280