Biləsuvar və Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib


11:43     07 İyun 2021 21_06_07_1623049303.jpg

Biləsuvar və Cəlilabadda yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piydalar barəsində inzibati protokol tərtib olunub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti profilaktiki tədbir keçirilib. Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.

Qaydaları pozan sürücülər barəsində inzibati protokol tərtib olunub.

Açar sözlər:

Oxunub: 1034