Vəkillər Sabirabadda şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərdi


13:25     07 İyun 2021 21_06_07_1623058157.jpg


Sabirabaddan olan şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərilib.

Femida.az xəbər verir ki, bu barədə Sabirabad seçki dairəsindən Milli Məclisə seçilən deputat Kamal Cəfərov məlumat yayıb.

Deputatın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association) dəstəyi ilə Sabirabaddan olan şəhid ailələri və qazilər üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilib.

Görüşdə 58 qazinin 62 müraciətinə baxılıb, şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi qazilərimizin şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub. Şəhid ailələri və qazilərimizin ərizə və şikayətləri nəzarətə götürülüb və icraata qəbul edilib.







Femida.az

Açar sözlər: #vəkil   #Sabirabad   #qazi   #şəhid   #hüquq   #yardım  

Oxunub: 4598