Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək


14:08     07 İyun 2021 Q1a8aGjhUOz0Y8Myeni-avtobuslar.jpg

Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 702