Azərbaycanın quru sərhədlərini açması ilə bağlı yayılan iddialar təkzib olundu


15:19     07 İyun 2021 21_06_07_1623064284.jpg

Dövlət Gömrük Komitəsi iyunun 15-dən etibarən ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Femida.az-ın məlumatına görə, komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov deyib ki, sərhədlərin açılmasına dair qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:
“Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur”.

Qeyd edək ki, bu gün yerli KİV-də yayılan məlumata əsasən, Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər. İddia olunur ki, gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə razılıq əldə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 230