Magistraturada yekun dövlət attestasiyası keçiriləcək


17:29     07 İyun 2021 2021/06/D4642C20-323A-490D-9C78-2497F6D2A2D6_1623072578.jpeg


“Kolleclərdə bütün ixtisaslar üzrə, bakalavr səviyyəsində isə bəzi istisnalar olmaqla yekun dövlət attestasiyası (dövlət imtahanı və ya buraxılış işi) Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜÖMG) əsasında müəyyən ediləcək”.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Nazirlik rəsmisi qeyd edib ki, heç bir kəsiri olmayan və müvafiq qiymətlər alan tələbə ÜÖMG əsasında qiymət alacaq: “Magistraturada yekun dövlət attestasiyası keçiriləcək, yəni bu, olduğu kimi qalır. Tələbə öz nəticələrindən narazı qalarsa, bu halda universitetlər onlar üçün imkan və şərait yaradacaq ki, sınaqlarda iştirak etsin”.

Açar sözlər:

Oxunub: 658


Oxşar xəbərlər