6 xəstəxanada pozuntular aşkarlandı - Sənədlər Baş Prokurorluğa göndərilib
20:22 07 İyun 2021
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar davam etdirilir.
Agentlikdən Femida.az-a verilən məlumata görə, yoxlamalar zamanı Saatlı Rayon Mərkəzi Xəstəxanası, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası, Göygöl Rayon Xəstəxanası, Samux Rayon Xəstəxanası, Biləsuvar Rayon Xəstəxanası və Lənkəran Rayon Xəstəxanasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.
Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.
Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Oxunub: 719
Oxşar xəbərlər
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- 62 erməni hərbçisi Azərbaycanın 7 xüsusi təyinatlısına necə təslim oldu?
- 65 yaşlı kişinin meyiti tapılıb
- 6 manata görə quldurluq etdilər
- 6 yaşlı uşağa it HÜCUM ETDİ
- 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib
- 690 bal toplayan Prezident təqaüdçüsü yol qəzasında öldü
- 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib
- 6 ildə İİV-in anadan uşağa yoluxması qeydə alınmayıb
- 64 qazimizin müalicəsi Türkiyədə davam etdirilir