Daha 6 qazimiz Türkiyəyə göndərildi - FOTO
10:50 08 İyun 2021
Ağır yaralanan daha 6 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Femida.az xəbər verir ki, İsmayılov Rüfət Fəxrəddin oğlu, Musayev Gündüz Sabir oğlu, Həmidov Mahur Mahir oğlu, Muradov Turan Xudat oğlu, Yusifov Alik Elşən oğlu və Rəcəbli Rza İsmayıl oğlunun "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 100 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 37-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Femida.az
Oxunub: 561
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Kameranı bağlayıb, qazini döydülər, amma...
- Bakıda dilənçilik edən saxta qazi saxlanılıb
- Narazı qazilərin şikayətlərinə münasibət bildirilib
- Qaziyə qarşı dələduzluq edən kanal rəhbəri hakim qarşısına çıxarılır
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Xərçəngdən əziyyət çəkən Vətən müharibəsi qazisi vəfat edib
- İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Vətən müharibəsi qazisinə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub