Qırğızıstan Azərbaycana yeni səfir göndərir


13:59     08 İyun 2021 2021/06/16231-1623143312_1623146427.jpg

Qırğızıstan parlamenti-Joqorku Keneşin Beynəlxalq əməkdaşlıq, müdafiə və təhlükəsizlik komitəsi Kayrat Osmanaliyevin Azərbaycana səfir təyin olunmasını təsdiqləyib.

Femida.az xəbər verir ki, Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın üzvüdür.

Bundan sonra Qırğızıstan Prezidenti Sadır Japarov bu təyinatı təsdiqləməlidir.

Qeyd edək ki, Kayrat Osmanaliyev Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru olub.

Açar sözlər:

Oxunub: 421