2016 ABŞ-da erməni ili olacaq?


17:54     30 Dekabr 2015 tramp.jpg

2 gündən sonra 2016-cı ilə qədəm qoyuruq. Geridə buraxdığımız ildə mövcud olan gesosiyasi proseslərin 2016-cı ildə də davam edəcəyi şübhəsizdir. Lakin üzümüzə gələn il beynəlxalq münasibətlərdə köklü dəyişikliklərin olması ehtimalı da var. Bu ehtimalların yaranmasında əsas amil, sözsüz ki, ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır.


ABŞ-da prezident seçkiləri 8 noyabr 2016 tarixində keçiriləcək. Bu ABŞ tarixində 58-ci prezident seçkiləri kimi tarixə düşəcək. ABŞ-ın indiki prezidenti Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün üçüncü dəfə namizəd olması mümkün deyil.

Yeni seçiləcək prezidentin Azərbaycanla münasibətlərdə hansı siyasi xəttə üstünlük verəcəyi isə sual doğurur.

Femida.az seçilmə ehtimalı yüksək olan namizədlərlə bağlı kiçik bir araşdırma aparıb.

Bu dəfə də həmişəki kimi seçkilər Respublikaçılar və Demokratlar arasında mübarizə fonunda baş tutacaq.

Əsas namizədlər isə aşağıdakılardır:

Demokratların namizədi Hillari Klinton;

Respublikaçı Ceb Buş;

Respublikaçı Donald Tramp.


Demokratların əsas namizədi Hillari Klinton olacaq.

Klionton haqqında cüzi araşdırma apardıqda məlum olur ki, bu şəxs üzərində erməni lobbisinin elə də ciddi təsiri olmayıb. Lakin Hilari Klinton ABŞ-ın dövlət katibi olduğu dövrdə ABŞ-Azərbaycan münasibətlərinə ümumi olaraq nəzər salsaq, iki dövlət arasındakı əlaqələrin dəyişkən xarakter daşıdığının da şahidi olarıq. Obama 2008-ci ildə prezident seçilən kimi Klintonu dövlət katibi vəzifəsinə təyin etdi. İlk əvvəl münasibətlər normal xarakterə malik idi. 2009-cu ildə Barak Obama ilə Hillari Klinton prezident İlham Əliyevi İstanbula dəvət etməsi və İlham Əliyevin bu dəvətdən imtina etməsi ilə münasibətlər gərginləşmək xətti üzrə inkişaf etdi. İlham Əliyevin həmin dəvətdən imtina etməsinin səbəbi isə həmin görüşdə Türkiyə-Ermənistan sərhədlərinin açılması və Dağlıq Qarabağ məsələsində Azərbaycanın güzəşdə getməsi ətrafında müzakirələr aparılacaqdı. Digər namizədlərə nisbətən, Klintonun prezident seçilməsi ehtimalı daha yüksək qiymətləndirilir. Buna səbəb isə Klintonun xalq arasında olan nüfuzu göstərilir. Digər namizədlərlə müqayisədə Azərbaycanın divident əmsalı baxımından Azərbaycan üçün ən optimal namizədin Hillari Klinton olduğunu deyə bilərik..

Respublikaçıların namizədi Ceb Buş Florida ştatının keçmiş qubernatorudur. Erməni lobbisinin Floridada çox ciddi şəkildə təşkilatlandığını nəzərə alsaq, Ceb Buşun prezident seçilmək üçün bu faktordan istifadə edəcəyini də rahat şəkildə anlamaq olar. Florida ştatı ABŞ prezident seçkilərində demək olar ki, həmişə siyasi mübarizənin mərkəzi olub. Ceb Buş da bu faktoru, şübhəsiz ki, nəzərə alır. digər respublikaçıların ənənəsinə sadiq qalaraq Obama administrasiyasını daima tənqid edib. O, ABŞ-İran yaxınlaşmasının da qatı əleyhdarı olub. Ceb Buşun prezident seçildiyi təqdirdə Azərbaycanla münasibətlərə gəldikdə isə deyə bilərik ki, erməni lobbisini arxasına alan şəxs ölkəmizlə qaşılıqlı siyasi-iqtisadi əməkdaşlıqdan mümkün qədər uzaq olacaq. Erməni lobbisinin nüfuzundan geniş kəkildə istifadə edən Buşun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyi elə də inandırıcı səslənmir.

Digər respublikaçı namizəd Donald Tramp da erməni lobbisi ilə yaxınlıq etməyə cəhd edən namizədlərdəndir. Bir neçə gün bundan əvvəl Donald Tramp erməni mənşəli milyarder Den Bilzeryan ilə görüşüb. Den Bilzeriyan isə Dağlıq Qarabağ separatçılarını silahla təmin edən əsas şəxslərdən biridir. Bu görüşün baş tutması ondan xəbər verir ki, Tramp gələcəkdə qondarma respublikaya da dəstək olacaq. Bu baxımdan onun ABŞ prezidenti seçilməsi yalnız Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməyə xidmət edə bilər.

Müsəlmanlara qarşı çıxışları ilə daim diqqət mərkəzində olan Donald Tramp siyasi fəaliyyətindən daha çox qalmaqallı açıqlamaları ilə gümdəmə gəlir. O, meksikalı miqrantları cinayətkar adlandırmaqdan belə çəkinməyib.

Göründüyü kimi, prezidentliyə namizədlər Azərbaycanla münasibətlərdə müsbət heç nə vəd etmir. Bu isə o deməkdir ki, növbəti 4 ildə ABŞ-Azərbaycan münasibətləri erməni lobbisinin də birbaşa təsiri ilə dah çox mənfi təəsüratları ilə yadda qalacaq.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 13894