Ata 9 yaşlı qızını döyərək videoya çəkdi


16:46     08 İyun 2021 2021/06/bas_prok_1623156454.jpg

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.

Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Femida.az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Açar sözlər:

Oxunub: 250