Məhkəmə general Mladiçin ömürlük həbsini təsdiqləyib


18:58     08 İyun 2021 21_06_08_1623163325.jpg

Beynəlxalq Haaqa apelyasiya palatasında serbiyalı general Ratko Mladiçin ömürük həbsi ilə bağlı cinayət işinə baxılıb.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, apelyasiya palatası "Bosniya qəssabı" ləqəbli R. Mladiçin ömürlük həbsini təsdiqləyib.

Qeyd edək ki, R.Mladiç 1992-95-ci illərdə Bosniya serblərinin ordusuna komandanlıq edib.

O, Bosniya müsəlmanlarına qarşı soyqırımı, bəşəriyyət əleyhinə cinayət və digər cinayətlərdə ittiham olunur.

Açar sözlər:

Oxunub: 864