Gəncədə 9 yaşlı uşağı maşın vurub


19:22     08 İyun 2021 21_06_08_1623164552.jpg

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 2013-cü il təvəllüdlü Hüseynov Tunar Güloğlan oğlunu yolu keçmək istəyən zaman minik maşını vurub. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətini kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 812