Laçına sızan erməni diversant qrupunun HƏDƏFİ: Ermənistan nə əldə etmək istəyir?


22:04     08 İyun 2021 21_06_08_1623175500.jpg

Laçın ərazisində Ermənistanın kəşfiyyat-diversiya qrupunun qarşısını alındı, qrupun üzvlərindən Artur Kartanyan saxlanılıb.

Rəsmi məlumatda iki məqam diqqət çəkir: təxribat diversiya-kəşfiyyat qrupu tərəfindən törədilib; qrupun tapşırığı ərazilərimizi minalamaq olub.

Bu, kəşfiyyat-diversiya qrupunun hədəfinin təkcə ərazilərimizi minalamaq olmadığı ehtimalını önə çıxarır. Rəsmi məlumatda “ilkin araşdırmalara görə, tapşırığın minalamaq olduğu” qeydi də bunu deməyə əsas deyil. Kartanyanın danışdırılması digər tapşırıqları da ortaya çıxara bilər.

İstisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərindən əsir götürmək tapşırığı da olub.

Ermənistan hakimiyyətinin seçkiöncəsi buna nail olmaq istədiyi şübhəsizdir:

- Əsir götürməklə Azərbaycanın saxladığı erməni diversantlarla dəyişdirmək istəyir;
- Seçkiöncəsi saxlanılan erməni diversantların “qisasını” almaq, cəmiyyəti kiçik də olsa qələbəyə kökləmək və diversantların qaytarılmasına ümidləri artırmaq istəyir;

“Gallup”un son sorğusu da təsdiqləyir ki, erməni cəmiyyəti üçün indi ən vacib məsələ “sərhədlər və əsirlər”dir. Paşinyan hakimiyyəti seçkidən öncə bu prioritetlər üzərindən qazanmaq niyyətindədir.

Diversiyanın qarşısını alındı və ermənilər “ova gedərkən, ovlandı”. Hərçənd, təxribatlar davam edəcək.

Asif Nərimanlı

Açar sözlər:

Oxunub: 1005


Oxşar xəbərlər