Keşlədə 70 yaşlı ahıl kişi yıxılaraq ölüb


09:43     09 İyun 2021 21_06_09_1623209867.jpg

Bakıda ahıl kişinin yıxılması ölümünə səbəb olub.

Femida.az -ın məlumatına görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1951-ci il təvəllüdlü Əfqanlı Əlikram Əlibaba oğlu qəfil yıxılıb. Hadisə nəticəsində onun başı yol kənarındakı səkiyə dəyib.

Ağır xəsarət alan Ə. Əlikram xəstəxanaya çatdırıb, ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Açar sözlər:

Oxunub: 714


Oxşar xəbərlər