BMT: Yer iqliminin istiləşməsi prosesi dayanmayıb


10:53     09 İyun 2021 21_06_09_1623214477.jpg

Bu ilin yaz aylarında Avropada müşahidə olunan qeyri-ənənəvi soyuq hava qlobal istiləşmənin dayanması anlamına gəlmir.

Femida.az TASS-a istinadən xəbər verir ki, belə bir açıqlama Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən gətirilib.

“Son standartlara nisbətdə ilin nisbətən soyuq bir başlanğıcla daxil olması iqlim dəyişikliyində ara verməsi demək deyil. Avropada 2013-cü ildən bəri ən soyuq yaz müşahidə olundu, mart-may ayları arasında orta istilik 1991-2020-ci illərin nisbətindən 0,49 dərəcə Selsi aşağı keçdi”, - deyə təşkilatın rəsmi nümayəndəsi Kler Nüllis Cenevrədəki brifinq zamanı bildirib.

Onun sözlərinə görə, eyni zamanda, may ayında qlobal temperatur orta göstəricilərdən 0,26 dərəcə yüksək idi. Nüllis bildirib ki, Afrikada, Orta Şərqdə, Rusiyanın şimalında və qərbində hər zamankından daha isti temperatur qeydə alınıb.

O, “bəşəriyyət tərəfindən istehsal olunan karbon dioksidin iqlim dəyişikliyinin əsas amili olduğunu” bir daha xatırladıb.

Açar sözlər:

Oxunub: 682