Xaricdə təhsil vizası adı ilə 34 nəfəri aldatdılar - MƏHKƏMƏ
13:06 09 İyun 2021
Bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının təşkili məqsədilə özgə əmlakını dələduzluqla ələ keçirərək rəsmi sənədlərin saxtalaşdırılması faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Aparılan ibtidai istintaqla Ruslan Tağıyevin 2019-2020-ci illər ərzində Bakı və Sumqayıt şəhərlərində şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə xarici ölkələrdə yerləşən zavod və şirkətlərə işçilərin yüksək məvaciblə işə götürülməsi, habelə Kanada və Almaniyaya yaşamaq, turist kimi və işləmək məqsədilə səfər etmək üçün vizaların, eləcə də ABŞ-da təhsil vizasının alınmasının təşkili ilə bağlı ona müraciət edən 34 nəfər şəxsə vəd verərək rəsmi sənədləri saxtalaşdırıb onlara məxsus cəmi 191 min manat məbləğində pulu ələ keçirib dələduzluq etməsi, habelə "Bizim Kəndimiz" MMC-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə şirkət tərəfindən ona etibar edilmiş 14 min 800 manat dəyərində avadanlığı təkrarən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməsi müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Ruslan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), və 320.1-ci (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham elan edilərək, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 448
Oxşar xəbərlər
- Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçilərinin biliyi yoxlanılacaq - ƏMR
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb
- Xaricdə təhsil almış daha 81 nəfərin diplomu tanınmayıb
- Xaricdə yaşayan narkotacirə narkokuryerlik edən Astara sakini saxlanılıb
- Xaricdəki narkotacirə Bakıda kuryerlik edənlər tutuldu - VİDEO
- Xaricdə vaksinasiya olunan vətəndaşın COVID-19 pasportunun Azərbaycanda tanınma qaydası açıqlanıb
- Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
- Xaricdəki ticarət nümayəndələri səfirlikdə olmayacaq
- Xaricdə təhsil almış 64 nəfərin diplomu tanınmadı