Bakıda çalışan müəllimlərin orta maaşı 700 manatdır


14:15     09 İyun 2021 muellimazvision.az.jpg


2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 702 manat təşkil edir.

Bu barədə Femida.az-a BŞTİ-dən məlumat verilib.

Qeyd edək ki, cari dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.

Femida.az

Açar sözlər:

Oxunub: 370