Şimali Makedoniya prezidenti İlham Əliyevi təbrik edib


17:58     09 İyun 2021 cenab%20prezident21.jpg

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə tərəqqi və xalqınıza rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Şimali Makedoniya Respublikasının ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri və əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğunu bildirirəm.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırır, Sizə xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Açar sözlər:

Oxunub: 478