Nazirlikdə yüksək vəzifə verilən 30 yaşlı gənc kimdir?


21:00     09 İyun 2021 2021/06/113cc-1623257671_1623258101.jpg

Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.


Femida.az-ın məlumatına görə, bu vəzifəyə 30 yaşlı gənc Həsən Həsənli təyinat alıb.

H.Həsənli bundan əvvəl Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
O, 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol Universitetində və Kembric Universitetində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Daha sonra Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Sədri vəzifələrində çalışıb.

2020-ci ilin iyul ayından bu günədək Təhsil Nazirliyinin aparat rəhbərinin müavini olub.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Açar sözlər:

Oxunub: 538