Kürdəmirdə qaydaları pozanlar cərimələndi


09:17     10 İyun 2021 21_06_10_1623297190.jpg

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Femida.az xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 882