Rusiyada xəstəxanada yanğın zamanı xəsarət alanların sayı artıb, ölənlər var


10:11     10 İyun 2021 21_06_10_1623297564.jpg

Rusiyanın Ryazan əyalətinin eyniadlı şəhərindəki klinikalardan birində baş verən yanğın zamanı xəsarət alanların sayı artıb.

Femida.az ın məlumatına görə, bu barədə TASS xəbər verir.

Qeyd edilir ki, N.A.Semaşko adına kliniki xəstəxanada qeydə alınan yanğın zamanı 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə xəstəxananın COVID-19 xəstələrinin müalicə edildiyi Reanimasiya şöbəsində baş verib. Hadisə zamanı şöbədə 10 tibb işçisi və 36 pasiyent olub.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın lokallaşdırılıb.

Daha əvvəl yanğın zamanı 8 nəfərin xəsarət aldığı bildirilirdi. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 916