Gəncədə 17 yaşlı qız 7-ci mərtəbədən yıxılıb


10:39     10 İyun 2021 21_06_10_1623299151.jpg

Gəncədə bədbəxt hadisə baş verib.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

2004-cü il təvəllüdlü Hüseynova Şəms 9 mərtəbəli binanın 7 mərtəbəsindən yıxılıb.

Gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 851