Yardımlıda Vətən Müharibəsi iştirakçısı vəzifəyə təyin edilib


11:42     10 İyun 2021 21_06_10_1623301004.jpg

Yardımlı rayonunda Vətən Müharibəsinin 23 yaşlı iştirakçısı Abbas Bünyadlı vəzifəyə təyinat alıb.

Femida.az xəbər verir ki, rayonun Ostayır kənd sakini, A.Bünyadlı icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, A.Bünyadlı Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirib.

O, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ali Baş Komandan tərəfindən "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Açar sözlər:

Oxunub: 900