Türkiyədə ağır yol qəzasında onlarla uşaq xəsarət aldı


12:07     10 İyun 2021 21_06_10_1623301684.jpg

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Dənizli əyalətində qeydə alınıb.

Belə ki, Denizli-Muğla yolunda hərəkətdə olan mikroavtobus Kale rayonunda qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 19-nun uşaq olduğu bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb.

Məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməsi səbəb olub.

Sərnişinlər Bodrumda istirahət üçün Ankaradan səyahətə çıxıblar.

Açar sözlər:

Oxunub: 855