Peyvənd olunanların sayı açıqlandı


16:40     10 İyun 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Azərbaycanda bu gün 37 162 nəfər vaksinasiya olunub.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 492 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 662 038, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 949 920 nəfər təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 801