İcra məmurunun döyülməsinə görə cinayət işi açıldı
19:22 10 İyun 2021
İyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılıb.
Prokurorluqdan Femida.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Femida.az
Oxunub: 1044
Oxşar xəbərlər
- İcra hakimiyyətinin qarşısına bomba qoyulub..." - Bakıda həyəcan, həbs edilən kimdir?
- İcra başçısının sabiq xanım müavini məhkəmə zalında HƏBS OLUNDU
- İcra başçısı özünə yeni köməkçi təyin edib
- İcra başçısının polis oğlu daxili işlər orqanlarından xaric olunub
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
- İcra başçısının bacısı oğlu həbs edilib
- İcra məmurları bu il borclu şəxslərə 610 milyon manat ödətdirib
- İcra Hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır
- İcra Hakimiyyətinin işçilərinə xəbərdarlıq edildi
- İcra başçısının xanımı və müavini koronavirusa yoluxdu