Müəllimlərin işə qəbul imtahanı bərpa olunur
20:23 10 İyun 2021
“Yay ərzində müəllimlərin işə qəbulu imtahanını keçirməyi düşünürük”.
Femida.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib. O bildirib ki, 13 imtahan mərkəzi olmaqla, 12 bölgədə - Bakı, Sumqayıt, Abşeron, Quba, Masallı, Gəncə, Mingəçevir, Şirvan, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakəndə müəllimlərin işə qəbul imtahanı keçiriləcək.
“Müəllimlərin işə qəbulu rəqabətli müsabiqədir. Təxminən hər il 51 min namizəd müsabiqəyə qoşulur və 7-9 min işlə təmin olunur. İşlə təmin olunmayanların sayı çox olduğu üçün narazılıq ola bilər. Lakin bilikli və bacarıqlı şəxslərin işə götürülməsi əsas məqsəddir”.
Femida.az
Oxunub: 1016
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi başlayır
- Müəllimlərin işə qəbul imtahanında namizədlərə verilən vaxt artırılacaq
- Müəllimlərin işə qəbulu imtahanlarına start verilir
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
- Müəllimlərin yerdəyişməsi ilə bağlı YENİLİK
- Müəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılır