Bakıda 427 əcnəbi şagird təhsil alır


09:58     11 İyun 2021 21_06_11_1623391132.jpg


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 427 əcnəbi şagird təhsil alır.

Bu barədə Femida.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bu şagirdlər əsasən Rusiya, Gürcüstan, Əfqanıstan, İran və digər ölkələrin vətəndaşlarının övladlarıdır.

Məlumatda qeyd edilib ki, 6 və 15 yaşlı əcnəbi şagirdlərin təhsil aldığı məktəblər Bakı şəhərinin bütün inzibati rayonlarında yerləşən təhsil müəssisələrini əhatə edir.

Femida.az

Açar sözlər:

Oxunub: 825