Qadın işçisini döyən vəzifəli şəxsə cinayət işi açıldı


13:28     11 İyun 2021 cinayet_isi_0125.jpg

Martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Baş Prokurorluqdan Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

Açar sözlər:

Oxunub: 1467