6 ildə İİV-in anadan uşağa yoluxması qeydə alınmayıb


13:34     11 İyun 2021 bakida-karton-qutudan-yeni-dogulmus-korpe-tapildi-600x400.jpg

"Sərt karantin rejimi və digər məhdudiyyətlər İİV-in yayılma səviyyəsinin aşağı salınmasında gözlənilən 90-90-90 hədəfinə çatmaq prosesinə mənfi təsir göstərir".

Femida.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib. COVID-19 pandemiyasının, İİV-lə mübarizə planlı tədbirləri daxil olmaqla, həyatın bütün sahələrinə mənfi təsiri məsələsinə toxunan T.Musayev bildirib ki, buna baxmayaraq Azərbayanda İİV-in analardan uşağa yoluxmasının qarşısının alınması baxımından müsbət bir tendensiya var:

"2015-ci ildən bəri İİV-ə şaquli yolla yoluxma halı qeydə alınmayıb. Zamanında qəbul edilən qərarlar, COVID-19 pandemiyasının ağır şərtlərində ARV terapiyasının davamlılığını və mövcudluğunu, Vərəm/HİV, narkoloji/HİV xidmətləri sahəsindəki xidmətlərin inteqrasiyasını təmin etdi".

Açar sözlər:

Oxunub: 137