Qazaxda işçilərlə müqavilə bağlamayan şirkət 20 min manat cərimələndi
16:11 11 İyun 2021
“Arzulu firması” ASC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Qazax rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.
Oxunub: 348
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapılıb
- Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Qazaxda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb
- Qazaxda 2 nəfər dəm qazından zəhərlənib
- Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb
- Qazaxda bir ailə zəhərlənib