Almaniya Azərbaycanı riskli ölkələr siyahısından çıxardı


17:08     11 İyun 2021 2020/06/korona-maska_1591000151.jpg

Almaniya hökuməti Azərbaycanı COVID-19 riski altında olan bölgələr siyahısından çıxarıb.


Femida.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan "Robert Koch" İnstitutu məlumat yayıb. Azərbaycanla bərabər siyahıdan ABŞ, Avstriya, Ukrayna və Moldova da çıxarılıb.

Həmçinin Kanada, Bosniya və Herseqovina, Livan, Çernoqoriya, Şimali Makedoniya, Serbiya, Kipr, Yunanıstanın bir sıra bölgələri, İsveçrə, Xorvatiya, Norveç, Portuqaliya da artıq bu siyahıda yer almır. Dəyişikliklər iyunun 13-dən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, adıçəkilən ölkələrin risk bölgələri siyahısından xaric edilməsi, buradan Almaniyaya gələn insanların bir sıra tələblərdən azad olmasını da nəzərdə tutur. Xüsusilə, onların Almaniyaya girişlə bağlı xüsusi qeydiyyat aparmaları, gəlməzdən əvvəl COVID-19 testi vermələri və ölkəyə daxil olduqdan sonra bir sıra karantin qaydalarına əməl etmələrinə ehtiyac olmayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 743