Daşkəsənə dolu yağıb


18:30     11 İyun 2021 21_06_11_1623419077.jpg

Daşkəsən rayonuna dolu düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, saat 17 radələrində rayonun Qabaqtəpə, Kəmərqaya, Aşağı Daşkəsən, Yuxarı Daşkəsən kəndləri, Alunitdağ qəsəbəsi və Daşkəsən şəhərinə yağışdan sonra dolu yağıb. 5-10 dəqiqə davam edən dolu meyvə ağaclarına ziyan vurub.

Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir.

Açar sözlər:

Oxunub: 289