Mingəçevirdə 15 yaşlı yeniyetmə kanalda batıb


19:33     11 İyun 2021 21_06_11_1623425738.jpg

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə kanalda batan şəxslə bağlı məlumat yayıb.

Femida.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə 11.06.2021-ci il tarixində axşam saatlarında 1 azyaşlının (şəxsiyyəti dəqiqləşdirilir) Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşməsi barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 993