Ermənistan silahlı qüvvələri gün ərzində ikinci dəfə Kəlbəcər istiqamətində atəşkəsi pozub


19:44     11 İyun 2021 21_06_11_1623426332.jpg

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Açar sözlər:

Oxunub: 606